Vəkil Andraş Baka Macarıstanın yeni Prezidenti olacaq

Dünya

09.08.2026 - 17:51

Hakim “Tisza” Partiyası ölkənin növbəti prezidenti vəzifəsinə namizədini açıqlayıb

Macarıstanın hakim “Tisza” Partiyası ölkənin növbəti prezidenti vəzifəsinə namizədini açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, “Tisza” beynəlxalq səviyyədə tanınmış hüquqşünas, Macarıstan Ali Məhkəməsinin keçmiş sədri və Milli Ədliyyə Şurasının keçmiş prezidenti Andraş Bakunu ölkənin ən yüksək vəzifəsinə namizəd göstərib.

Macarıstanın Baş naziri Peter Madyar “Facebook”da yazıb ki, prezidentliyə namizəd olmaq təklifini qəbul edən Baka ilə şəxsən görüşüb.

Milli Assambleyada yeni prezidentin seçilməsi ilə bağlı səsvermə 11 avqustda keçiriləcək. Namizədin təsdiqlənməsi üçün deputatların ən azı üçdə ikisi lehinə səs verməlidir. Lakin parlamentdəki 199 yerdən 141-nin “Tisza”ya məxsus olduğunu nəzərə alsaq, Bakanın qələbəsi praktik olaraq qaçılmazdır. Madyar artıq “Facebook” paylaşımında onu "Cənab Prezident" adlandırıb.

Andraş Baka 1991-ci ildən 2008-ci ilə qədər Avropa İnsan Hüquqları Məhkəməsində çalışmış vəkil və hakim idi. 2009-cu ildə o, altı illik müddətə Macarıstan Ali Məhkəməsinin sədri təyin edilib. Lakin 2011-ci il konstitusiya islahatı ilə bu vəzifə ləğv olunub və onun səlahiyyətləri 2012-ci ilin əvvəlində dayandırılıb. Baka iddia edib ki, bu, Orban hökumətinin məhkəmə islahatına qarşı ictimai tənqidi ilə bağlıdır. AİHM Bakanın söz azadlığı və məhkəmədə hüquqlarını müdafiə etmək hüquqlarının pozulduğunu və yeni islahatın Orbanın tənqidçisi olan Bakanı vəzifəsindən uzaqlaşdırmaq üçün xüsusi olaraq qəbul edildiyini bildirib.

Macarıstan Prezidenti formal olaraq dövlət başçısıdır, siyasi qərarlar Baş nazirin rəhbərlik etdiyi hökumət tərəfindən qəbul edilir. Prezidentin rolu əsasən təntənəli xarakter daşıyır. Lakin prezident qanunvericilik təşəbbüsü ilə çıxış etmək, qəbul edilmiş qanunları imzalamaq və ya rədd etmək, parlamenti buraxmaq səlahiyyətinə malikdir.

Gələcək prezidentliyə namizədlər haqqında danışan Peter Madyar vurğulayıb ki, namizəd bütün siyasi baxışlara malik Macarıstan vətəndaşları tərəfindən hörmət edilən bir şəxs olmalıdır.

İyul ayında Madyar əfsanəvi şahmatçı Judit Polqarı prezidentliyə namizədliyini təklif etdi, lakin Polqar "milləti birləşdirmək üçün tarixi məsuliyyəti öz üzərinə götürməyə" hazır olmadığını bildirərək imtina etdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş