Vaşinqton nüvə proqramı ilə bağlı Tehrana diplomatik təzyiqi artıracaq

Dünya

08.09.2026 - 18:10

ABŞ pozuntuları dərhal aradan qaldırmağı, yoxlamalara icazə verilməsini tələb edir

Vaşinqton yaxın günlərdə Tehrana diplomatik təzyiqi artıracaq və İrandan "pozuntularını dərhal aradan qaldırmağı" və nüvə yoxlamalarına çıxışı bərpa etməyi tələb edən BMT qətnaməsi təklif edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, iki səhifəlik sənədin surətinə görə, ABŞ qətnaməsi İrandan "pozuntularını təcili olaraq aradan qaldırmağı" və nüvə materiallarının yayındırılmamasını təmin etmək üçün yoxlamalara icazə verməyi tələb edir.

Planların Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətinin bazar ertəsi günü başlayan və 11 sentyabra qədər davam edəcək iclasında açıqlanması gözlənilir.

“Bloomberg” qeyd edir ki, Çin və Rusiyanın Tehrana qarşı yeni tədbirləri dəstəkləməsi ehtimalı azdır.

Bu arada, BAEA-nın baş direktoru Rafael Qrossi müfəttişlərin İranın nüvə obyektlərinə daxil ola bilmədiyini təsdiqləyib.

"Heç bir razılaşma, heç bir məlumat yoxdur və bizə daha geniş siyasi danışıqlar çərçivəsində müəyyən bir razılaşma əldə olunana qədər əməkdaşlıq etməyəcəkləri deyilir", - deyə MAQATE-nin baş direktoru bazar ertəsi keçirilən brifinqdə bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş