Vaşinqton İranın nüvə komponentlərinin yoxlanılmasını tələb edir

Dünya

15.04.2025 - 13:23

Həkimlər Klinikalar SEO Xidməti

“Danışıqların nəticələri İranın uranın zənginləşdirilməsi proqramının yoxlanılmasından asılı olacaq”

“Vaşinqton və Tehran arasında nüvə məsələsi üzrə danışıqların nəticələri İranın uranın zənginləşdirilməsi proqramının yoxlanılmasından asılı olacaq”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff “Fox News” telekanalına müsahibəsində deyib.

O, danışıqların “iki kritik məqam” üzərində dayanacağını bildirib: "Bu, uranın zənginləşdirilməsi proqramının yoxlanılması və son nəticədə silahların yoxlanılması ilə bağlıdır. Buraya raketlər, onların topladığı raket növləri və bomba üçün nüvə tətiyi daxildir", - Vitkoff vurğulayıb.

Qeyd edək ki, İran və ABŞ arasında danışıqların növbəti raundu Omanın paytaxtı Maskatda aprelin 19-u şənbə günü keçiriləcək.

Ötən həftə sonu İran və Amerika nümayəndə heyətləri Omanın paytaxtında məsləhətləşmələrin birinci raundunu keçirib. Görüşdən sonra tərəflərin yeni görüşlə bağlı razılığa gəldiyi bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş