Uşaq pulu nəyə görə verilməlidir?

Cəmiyyət

22.09.2019 - 11:43

Həkimlər Klinikalar SEO Xidməti

"Nəzərə alsaq ki, ölkəmiz həm də müharibə şəraitindədir,  bədxah qonşumuz Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib, gənclərimiz ərazi bütövlüyümüzü qorumaq  üçün məcburi hərbi xidmətə gedirlər, bu baxımdan hesab edirəm ki, Azərbaycanda uşaqların sağlam böyüməsi dövlətin qarşısında duran əsas vəzifələrdən biri olmalıdır"

 

AYNA xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu deyib. Bu günlərdə aktual olan "uşaq pulu" mövzusuna toxunan ekspertin sözlərinə görə, son  tədqiqatlar göstərir ki,  Azərbaycanda uşaqların həm çəkisində, həm də ki boy artımında norma ilə müqayisədə azalma var: "Bunu hərbi komissarlıqda və çağırış məntəqələrində tibbi müayinədən keçən uşaqlarla əlaqəli aparılmış müşahidələr də təsdiq edir. Bu baxımdan  hesab edirəm ki, dövlət uşaqlara sahib çıxmalı, onların istehlak, təhsil, sağlamlıq ehtiyaclarını minumum səviyyədə olsa da uşaq pulu ödənilməsi vasitəsilə qarşılamaldır. Çünki sabah hərbi xidmətə gedəcək gənc uşaqlıq dövründə dövlətin qayğısına möhtacdır".

 

Q.İbadoğlunun fikrincə, Azərbaycanda uşaqların normal qidalanması, eyni zamanda sağlamlığının təmin olunması, yaxşı təhsil alması üçün uşaq pulunun verilməsi zəruridir.

Müəllif: Ayna.az