Ukraynada karantin sərtləşdirilir

Dünya

29.10.2021 - 04:57

İctimai iaşə obyektlərinə giriş məhdudlaşdırılır

Ukraynanın paytaxtı Kiyevdə koronavirusa yoluxma artır. AYNA-nın məlumatına görə, Kiyevin bələdiyyə sədri Vitali Kliçko bu səbəbdən noyabrın 1-dən ölkədə karantin tədbirlərinin gücləndiriləcəyini açıqlayıb.

Noyabrın 1-dən etibarən kafe, restoran, idman zalı, alış-veriş mərkəzləri, ictimai nəqliyyat və kütləvi tədbirlərə giriş ancaq COVID-19 pasportu, ya da neqativ nəticəli PCR testi ilə mümkün olacaq.

Müəllif: Ayna.az