Ukrayna ordusu Rusiyanın neft zavodlarına zərbələr endirib

Dünya

08.08.2026 - 16:38

İlski və Syzran neft emalı zavodlarında dron hücumlarından sonra yanğın olub

Avqustun 8-i gecəsi Ukrayna dronları yenidən Samara və Krasnodar vilayətlərindəki Rusiyanın əsas neft emalı zavodlarına hücum edib.  AYNA.AZ xəbər verir ki, Ukrayna monitorinq kanallarında yayımlanan görüntülərə görə, həftə ərzində ikinci dəfə olaraq ildə 8,5 milyon ton emal gücünə malik Sızran Neft Emalı Zavoduna zərbə endirilib və zavodda yanğın baş verib.

“Exilenova+” iddia edir ki, ildə ən azı 800.000 ton benzin və 1,5 milyon ton dizel yanacağı istehsal edən Syzran NEZ-ə hücum edilib. Yerli sakinlərin sözlərinə görə, hücum əvvəlcə avtomatik idarəetmə qurğularından və neft saxlama çənlərindən birini hədəf alıb. Samara qubernatoru Vyaçeslav Fedorişev hücumu təsdiqləyib.

Onun sözlərinə görə, gecə baş verən hücum "Samara bölgəsindəki sənaye müəssisələrindən birini" hədəfə alıb: "Hazırda nəticələrin aradan qaldırılması işləri aparılır. Tələfatla bağlı məlumatlar dəqiqləşdirilir".

Regional təcili yardım qərargahının məlumatında deyilir ki, Kubanda Rusiyanın cənubundakı ən böyük neft emalı zavodlarından biri olan və ildə təxminən 6,6 milyon ton neft istehsal edən İlski NEZ dron hücumundan sonra yanğına məruz qalıb. Hücum nəticəsində beş nəfər yaralanıb. "Supernova" hücumdan sonrakı görüntüləri yayımlayıb. Neft emalı zavodunda yanğın baş verib.

Bundan əvvəl İlski NEZ-ə 2026-cı ilin  iyul, iyun, fevral və yanvar aylarında hücum edilmişdi.

Ümumilikdə, Rusiya hava hücumundan müdafiə və elektron müharibə qüvvələri gecə və bu səhər 480 Ukrayna stasionar qanadlı PUA-sını "tutub məhv edib". PUA-lar Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Lipetsk, Orel, Penza, Rostov, Ryazan, Samara, Saratov, Tambov və Tula vilayətlərində, eləcə də Kuban bölgəsində, Moskva vilayətində və Krımda, eləcə də Azov dənizi üzərində məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş