Ukrayna hökuməti ölkənin Aİ-yə daxil olması üçün zəruri olan islahatları təxirə salır

Dünya

04.08.2026 - 17:05

“Kiyev qanunun aliliyi, demokratiya, korrupsiyaya qarşı mübarizə və dövlət idarəçiliyi sahələrində islahatları tam şəkildə həyata keçirmir”

Ukrayna hökuməti ölkənin Avropa İttifaqına (Aİ) daxil olması üçün zəruri olan islahatları təxirə salır. AYNA.AZ xəbər verir ki, bu barədə "The Economist"in məlumatında qeyd olunub.

Nəşrin məlumatına görə, Avropa liderlərinin müsbət açıqlamalarına baxmayaraq, “Kiyev qanunun aliliyi, demokratiya, korrupsiyaya qarşı mübarizə və dövlət idarəçiliyi sahələrində islahatları tam şəkildə həyata keçirmir”.

Qeyd olunub ki, bu məsələlərlə bağlı danışıqlar iyun ayında aparılsa da, Ukrayna hökuməti indiyə qədər yalnız dörd qanun layihəsi təqdim edib ki, bunlardan yalnız ikisini Ali Rada qəbul edib.

Nəşr yazıb ki, Kiyev bu addımları ən azı altı ay əvvəl atmalı idi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş