Ukrayna da karantin müddətini uzadıb

Dünya

04.05.2020 - 18:37

Nazirlər Kabinetinin növbədənkənar iclasında qərar qəbul olunub

 

Ukraynada koronavirusa qarşı mübarizə ilə bağlı karantin müddəti mayın 22-dək uzadılıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin bu gün keçirilən növbədənkənar iclasında qərar qəbul olunub.

 

Nazirlər Kabinetinin qərarına əsasən mayın 11-dən sonra karantində yumuşalma tətbiq ediləcək. Belə ki, insanlar parka, kilsəyə, istirahət bölgəsinə, gözəllik salonları və bərbərxanaya, kitabxanalar, muzeylər, ticarət obyektlərinə gedə biləcəklər. Ancaq ticarət və əyləncə mərkəzləri fəaliyyət göstərməyəcək.

 

İclasda qeyd edilib ki, fəaliyyətə başlayan obyektlərdə sanitar normaların tətbiqinə ciddi nəzarət ediləcək.

Müəllif: Ayna.az