Uitkoff İranla danışıqlar üçün Qətərə gedib

Dünya

30.06.2026 - 11:16

Onu Cared Kuşnerin müşayiət edib-etmədiyi barədə məlumat yoxdur

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ABŞ-İran danışıqlarında iştirak etmək məqsədilə Qətərin paytaxtı Dohaya gedib. AYNA.AZ xəbər verir ki, bu barədə CNN iki amerikalı rəsmiyə istinadla məlumat yayıb.

Bildirilib ki, onu ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerin müşayiət edib-etmədiyi barədə məlumat yoxdur.

Tramp daha əvvəl ABŞ və İran nümayəndələri arasında danışıqların çərşənbə axşamı Dohada keçiriləcəyini bildirmişdi. Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın yaxın günlərdə Qətərdə ABŞ ilə hər hansı görüş keçirməyi planlaşdırmadığını açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş