Ucarda avtomobilin vurduğu velosipedçi ölüb

Hadisə

09.08.2026 - 10:04

Hadisə Bakı- Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib

Ucarda yol-nəqliyyat hadisəsi olub, ölən var. AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, hadisə gecə saatlarında Bakı- Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib.

Belə ki, Bərdə rayon sakini, 1992-ci il təvəllüdlü Rusif İsmayıl oğlu Mehralıyev idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə velosipedçini vurub.

Aldığı ağır xəsarətlərdən velosipedçi hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş