Türkiyəyə qış səhra çadırları göndərilib - FOTOLAR

Tarix

11.02.2023 - 19:07

Zəlzələ bölgəsinə yardımların göndərilməsi davam edir

Türkiyəyə qış səhra çadırları göndərilib. Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Müdafiə Nazirliyinin yardım tədbirləri davam etdirilir.

Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin təminat bazasından qış səhra çadırlarının bir qismi avtomobil, digərləri isə hava nəqliyyatı vasitəsilə qardaş ölkəyə göndərilib.

Türkiyəyə qış səhra çadırları göndərilib - Türkiyəyə qış səhra çadırları göndərilib - Türkiyəyə qış səhra çadırları göndərilib - Türkiyəyə qış səhra çadırları göndərilib -
Müəllif: Ayna.az