Türkiyəni qanunsuz tərk etmək istəyən miqrantlar saxlanılıb

Xəbərlər

08.06.2021 - 11:24

Miqrantlar ölkələrinə geri göndərilmələri üçün aidiyyəti qurumlara təhvil veriliblər

 

Türkiyənin İzmir vilayətində ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 131 miqrant saxlanılıb. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, miqrantlar şəhərin Foça və Dikili rayonlarında ələ keçiriliblər.

 

Həmin şəxslərin rezin qayıqlarla Yunanıstana keçmək istədikləri müəyyən olunub. İzmirin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılan miqrantlar ölkələrinə geri göndərilmələri üçün aidiyyəti qurumlara təhvil veriliblər.

Müəllif: Ayna.az