Türkiyədə zəlzələ olub

Dünya

05.12.2020 - 19:12

Yeraltı təkan Türkiyə vaxtı ilə saat 15:44-də qeydə alınıb

 

Türkiyənin Antalya vilayətinin Qazipaşa rayonunda Rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ olub.

 

AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Yeraltı təkan Türkiyə vaxtı ilə saat 15:44-də qeydə alınıb.

 

Xəsarət alanlar və dağıntı barədə məlumat yoxdur.

Müəllif: Ayna.az