Türkiyədə koronavirusla bağlı son vəziyyət

Dünya

07.02.2021 - 02:26

Koronavirus can almağa davam edir 

 

Türkiyədə gün ərzində koronavirusla bağlı müşahidə edilən vəziyyət açıqlanıb.

 

AYNA Türkiyə Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində 108 nəfər pandemiyanın qurbanı olub, bununla ölənlərin sayı 26 min 685-ə yüksəlib.

 

137 min 649 "COVID-19" testi aparılıb, onun 7 min 897-si müsbət çıxıb. İndiyədək aparılan ümumi test sayı 30 milyon 386 min 891 təşkil edib.

 

Ümumi yoluxma sayı 2 milyon 524 min 786-dır. Bu gün 8 min 89 nəfər sağalıb, bununla sağalanların sayı 2 milyon 412 min 505-ə çatıb. Ağır xəstə sayı 1337-dir.

Müəllif: Ayna.az