Türkiyədə koronavirusa sutkalıq yoluxmada növbəti rekord

Dünya

02.04.2021 - 05:12

Ölkədə ağır xəstə sayı 2135 nəfər təşkil edir 

 

Türkiyədə koronavirusa sutkalıq yoluxma artmaqda davam edir. Pandemiya başlayandan bəri rekord həddə sutkalıq koronavirusa yoluxma qeydə alınıb.

 

AYNA-nın Türkiyənin Səhiyyə Nazirliyinə istinadla verdiyi məlumata görə, ölkədə son bir gündə 40 806 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Yoluxanların ümumi sayı 3 357 988 nəfərdir.

 

Bu infeksiyadan 176 ölüm təsdiqlənib. 2135 xəstənin vəziyyəti ağırdır. Ümumilikdə koronavirusdan ölənlərin sayı 31 713 nəfərə çatıb.

Müəllif: Ayna.az