Türkiyədə COVID-19-la bağlı son vəziyyət

Dünya

07.11.2021 - 01:32

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 203 nəfər ölüb. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 358 326 nəfər test edilib, onların 27 474-nün koronavirus testi pozitiv nəticə verib, 30 584 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 117 311 720 peyvənd tətbiq edilib ki, bunun 89,59 faizi birinci, 79,19 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Müəllif: Ayna.az