“Hazırda Qara dənizə xüsusi diqqət yetirərək bu məsələ üzərində işləyirik”
Türkiyə Rusiya və Ukrayna arasında Qara dənizlə bağlı razılaşmalara nail olmaq üçün diplomatik səyləri artırıb və mövqelərini uzlaşdırmağa çalışıb. AYNA.AZ “Ukrinform” agentliyinə istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"Hazırda Qara dənizə xüsusi diqqət yetirərək bu məsələ üzərində işləyirik. Məsələ ilə bağlı tərəflərlə danışıqlar aparırıq və təkliflərimiz var. Tərəflərdən cavablar almışıq və bu əsasda qarşılıqlı məqbul yanaşmanın inkişaf etdirilməsi üçün onları əlaqələndirmək üzərində çalışırıq", - deyə Fidan bildirib.
Nazir deyib ki, Türkiyə razılığa gəlmək üçün səylərini artırıb. O, ümid etdiyini bildirib ki, "lazımi təşəbbüslər bizə bunu başa çatdırmağa imkan verəcək".