Türkiyə Qara dəniz vasitəsilə taxıl ixracı barədə Moskva və Kiyevə təklif təqdim edib

Dünya

20.09.2026 - 13:50

Hakan Fidan: “Bütün tərəflər münaqişənin dağıdıcılığını tam başa düşməlidirlər"

“Türkiyə Rusiya və Ukraynaya Qara dəniz vasitəsilə taxıl ixracını asanlaşdırmaq üçün təklif təqdim edib və cavab gözləyir”. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"Hər iki tərəfə təklif təqdim etmişik və cavab gözləyirik. İlk prioritet Qara dəniz vasitəsilə taxıl ixracıdır. Enerjidən fərqli olaraq, taxıl hər iki ölkənin ticarət etdiyi bir məhsuldur", - deyə Fidan qeyd edib.

Nazir əlavə edib ki, bu mərhələdə uzunmüddətli nəticə verə biləcək bir razılaşma gözləmək çətindir.

Fidanın sözlərinə görə, “bütün tərəflər münaqişənin dağıdıcılığını tam başa düşməli və düşmənçilikləri davam etdirmək və ya qarşılıqlı məhvin məqbul bir sonunu tapmaq barədə qərar verməlidirlər".

Ankara təklif olunan mexanizmə Moskva və Kiyevin cavabını gözləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş