Qərar ölkənin bank qanunvericiliyinin 71-ci maddəsinə əsasən qəbul olunub
Türkiyə Bank Nəzarəti və Tənzimləmə Təşkilatı (BDDK) İranın “Bank Mellat” bankının, eləcə də onun İstanbul filialının lisenziyasını ləğv edib. AYNA.AZ xəbər verir ki, qərar tənzimləyicinin veb saytında dərc edilib.
Qərar ölkənin bank qanunvericiliyinin 71-ci maddəsinə əsasən qəbul olunub. Sənəddə bildirilib ki, bankın fəaliyyəti əmanətçilər və ya ölkənin maliyyə sistemi üçün risk yaradarsa, lisenziyasının ləğv edilməsinə icazə verilir.
“Reuters” yazır ki, qərar ABŞ-ın digər ölkələri İrana iqtisadi təzyiqi artırmağa çağırdığı bir vaxtda verilib. Bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp Tehrana qarşı sanksiyaların 2031-ci ilə qədər uzadılmasını nəzərdə tutan qanunu imzalayıb.