Türkiyə bayrağının yandırılmasına rəsmi Afinadan reaksiya

Dünya

20.05.2020 - 12:29

“Bu cür hərəkətlər yunan xalqının mədəniyyətinə və adətlərinə ziddir”

 

Yunanıstan Xarici İşlər Nazirliyi Afinada Türkiyənin dövlət bayrağının yandırılmasını qınayan bəyanat yayıb. AYNA xarici mediaya əsasən xəbər verib ki, mayın 19-da Yunanıstan Pont Yunanlarının Soyqırımının 101-ci ildönümünü (350 min yunanlının öldürüldüyü deyilir - red) qeyd edilib.

 

Afinanın mərkəzində Sintaqma meydanında keçirilən anım tədbirləri zamanı Yunanıstan parlamenti qarşısında Türkiyə bayrağı yandırılıb.

 

Yunanıstan Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada bu davranış pislənib: "Yunanıstan hər hansı bir ölkənin milli simvolunu təhqir etmək üçün edilən hər hansı bir hərəkəti qəti şəkildə qınayır. Bu cür hərəkətlər yunan xalqının mədəniyyətinə və adətlərinə ziddir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş