"İranla münaqişədə bizə kömək etməyən dünya ölkələri bu münaqişə bitdikdə ABŞ-a kompensasiya ödəməlidirlər və ödəyəcəklər"
“İranla müharibədə ABŞ-a kömək etməyən ölkələr Vaşinqtonun itkilərini kompensasiya etməlidirlər”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
"İranla münaqişədə bizə kömək etməyən dünya ölkələri bu münaqişə bitdikdə ABŞ-a kompensasiya ödəməlidirlər və ödəyəcəklər", - deyə o, bildirib.
Onun sözlərinə görə, “Hörmüz boğazından neft axır və kömək etməyən ölkələr xərcləri kompensasiya etməyə borcludurlar”.
Tramp qeyd edib ki, “ABŞ özü üçün deyil, başqaları üçün hərəkət edir və bu, nəsillər boyu davam edib”.