Tramp Yaponiyanın Baş nazirinə dəstək vəd edib

Dünya

17.02.2025 - 16:28

Həkimlər Klinikalar SEO Xidməti

Yaponiya Şimali Koreya tərəfindən oğurlanmış vətəndaşların geri qaytarılması üçün Trampın dəstəyini təmin edir

Yaponiyanın Baş naziri Şiqeru İşiba fevralın əvvəlində ABŞ Prezidenti Donald Trampla ilk telefon danışığında 1970-ci illərdə Şimali Koreya kəşfiyyatı tərəfindən oğurlanmış yapon vətəndaşlarının geri qaytarılması üçün sonuncunun dəstəyini alıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi mətbuat konfransında deyib.

"Baş nazir İşiba oğurlanmış vətəndaşlar məsələsində Prezident Trampın tam dəstəyini aldı. Biz bunu əhəmiyyətli nailiyyət hesab edirik", - deyə o bildirib və əlavə edib ki, bu sahədə ABŞ ilə sıx əməkdaşlıq Yaponiya üçün vacibdir.

Bu məsələ diplomatik əlaqələri saxlamayan iki dövlət arasında münasibətlərdə ən ağrılı məsələlərdən biridir. 2002-ci ildə Pxenyan ilk dəfə olaraq 13 Yaponiya vətəndaşını qaçırdığını etiraf edib və onlardan beşinin qayıtmasına icazə verib. Qalanların öldüyü elan edilib, həqiqiliyi təsdiq olunmayan qalıqlar isə yaxınlarına göndərilib. 2014-cü ilin mayında iki hökumət Yaponiya vətəndaşlarının oğurlanması ilə bağlı yeni təhqiqat aparmağa razılaşıb, lakin bunu araşdıran komissiya sonradan Pxenyanın təşəbbüsü ilə ləğv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş