ABŞ Prezidenti amerikalılara 5000 dollar ödəyəcəyi vədini verib
ABŞ Prezidenti Donald Tramp noyabr seçkilərində Respublikaçılar Partiyası Konqres üzərində nəzarəti saxlayarsa, ölkədəki hər bir yetkin şəxsə 5000 dollar dividend ödəyəcəyinə söz verib.
AYNA.AZ-ın “Reuters” agentliyinə istinadən məlumatına görə, o, Dallasda keçirilən Respublikaçılar Partiyasının Milli Konqresində deyib.
"Əgər Respublikaçılar Partiyası həm Nümayəndələr Palatasının, həm də Senatın - hər ikisinin - nəzarətini qazanarsa, böyük iqtisadi gücümüz və uğurumuz sayəsində mən ABŞ-ın hər bir yetkin vətəndaşına 5000 dollar dividend ödəyəcəyəm", - deyə vurğulayıb.
Prezident əlavə edib ki, yeganə şərt pulun ABŞ daxilində xərclənməsi olacaq. Təklifin əlavə təfərrüatları hələ açıqlanmayıb.