Tramp Səudiyyə Ərəbistanının müdafiə naziri ilə görüşüb

Dünya

30.07.2026 - 19:53

Nazir Ağ Evə Məhəmməd bin Salmanın İranla münaqişə və bölgədəki gərginliklə bağlı mesajını çatdırıb.

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının müdafiə naziri Şahzadə Xalid bin Salman ilə görüşüb. AYNA.AZ xəbər verir ki, bu barədə “Axios” və İsrailin “12-ci Kanal”ının müxbiri Barak Ravid ABŞ rəsmisinə istinadən məlumat yayıb.

"Çərşənbə günü Prezident Tramp Səudiyyə Ərəbistanının müdafiə naziri Şahzadə Xalid bin Salman ilə görüşdü", - deyə “X” sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı naziri Ağ Evə vəliəhd şahzadə Məhəmməd bin Salmanın İranla münaqişə və bölgədəki gərginliklə bağlı mesajını çatdırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş