Tramp: “Qalib gəlməsək, demokratlar sonda məni impiçment edəcəklər"

Dünya

02.10.2026 - 14:43

“Mən namizəd olmadığım zaman insanlar o qədər də çox səs vermirlər”

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının ara seçkilərdə uduzacağı təqdirdə Demokrat Partiyasının onu impiçment edəcəyinə inanır. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.

"Mən namizəd olduğum zaman əla iş görürük. Amma mən namizəd olmadığım zaman insanlar o qədər də çox səs vermirlər. Xahiş edirəm, namizəd olduğumu düşünün. Əgər qalib gəlməsək, demokratlar sonda məni impiçment edəcəklər", - deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ-da ara seçkilər 3 noyabrda keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş