Tramp Amerika İT şirkətlərinə Ukraynanı dəstəkləməyi tapşırıb

Dünya

23.06.2026 - 22:53

"Əminəm ki, Ukrayna hazırda müxtəlif səviyyələrdə böyük Amerika texnologiya şirkətlərindən böyük dəstək alır"

ABŞ Prezidenti Donald Tramp Amerika İT şirkətlərinə Ukraynaya Rusiya ilə münaqişədə kömək etməyi tapşırıb. AYNA.AZ “Die Welt”ə istinadən bildirir ki, bu fikri avstriyalı polkovnik və hərbi ekspert Markus Reisner deyib.

"Əminəm ki, Ukrayna hazırda müxtəlif səviyyələrdə böyük Amerika texnologiya şirkətlərindən böyük dəstək alır", - deyə o bildirib.

Reisnerin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri süni intellekt (Sİ) texnologiyalarından istifadə edərək Kerç körpüsünə hücum planlaşdıra bilər.

Ekspert həmçinin Trampın Amerikanın “Palantir” şirkətinə Kiyevi dəstəkləməyi tapşıracağını da bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş