Tramp: “ABŞ İranla münaqişədə demək olar ki, bütün məqsədlərinə çatıb”

Dünya

03.07.2026 - 14:26

"Oonlar demək olar ki, bizə lazım olan hər şeyə razılaşıblar"

“Vaşinqton İranla münaqişədə demək olar ki, bütün məqsədlərinə çatıb”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

"Düşünürəm ki, onlar demək olar ki, bizə lazım olan hər şeyə razılaşıblar", - deyə Tramp CNBC-yə verdiyi müsahibədə bildirib.

O əlavə edib ki, Tehranla danışıqlar davam edir və hərbi münaqişə İslam Respublikasının nüvə silahı məsələsinin həllinə gətirib çıxarıb.

"Bu, İranın nüvəsizləşdirilməsidir", - deyə ABŞ Prezidenti vurğulayıb.

Trampın sözlərinə görə, təxminən dörd ay davam edən münaqişə ABŞ ordusunun məqsədlərinə çatdığı nisbətən qısa bir müddətdir.

"Bəs mən nəyə nail oldum? Mən onları hərbi cəhətdən məğlub etdim", - deyə Amerika lideri əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş