Tokayev Qazaxıstanın müdafiə nazirini vəzifəsindən azad edib

Dünya

27.09.2026 - 13:28

Xəzər dənizində təlimlər zamanı hərbçilərin ölümündən sonra Dauren Kosanov vəzifəsindən azad olunub

Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev Xəzər dənizində təlimlər zamanı hərbçilərin ölümündən sonra Dauren Kosanovu müdafiə naziri vəzifəsindən azad edib. AYNA.AZ xəbər verir ki, bu barədə Prezidentin saytında məlumat yerləşdirilib.

"Dövlət başçısının fərmanı ilə Dauren Jumataevich Kosanov Qazaxıstan Respublikasının müdafiə naziri vəzifəsindən azad edilib", - deyə qeyd olunub.

Qeyd edək ki, sentyabrın 24-də hərbçilər Xəzər sahillərində döyüş təlimi keçirirdilər. Rəsmi məlumatlara görə, 17 hərbçi dənizə düşüb, onlardan 12-si həlak olub. Üçü xilas edilib, ikisi isə itkin düşüb.

Qazaxıstan Prezidenti həlak olan hərbçilərin ailələrinə başsağlığı verib. O, hökumət komissiyasına faciənin bütün hallarını müəyyən etmək və mərhumların ailələrinə lazımi yardım göstərmək tapşırığı verib. Tokayev hərbçilərin ölümü ilə əlaqədar 25 sentyabrı milli matəm günü elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş