Təxribat bərabərdir Fransa: Ermənistan üçün mümkün olan hər şey

Siyasət

15.07.2021 - 20:48

Azərbaycan-Fransa iqtisadi əlaqələrinin gələcəyi və fransız şirkətlərinin Bakıdakı taleyi sual altına düşür

 

Fransanın Ermənistandakı səfiri Conatan Lakot növbəti təxribat xarakterli açıqlama verdi: “Paris prosesləri yaxından izləyir və bölgədə sabitlik və təhlükəsizlik yaratmaq üçün səylərini davam etdirəcək. Qarabağ münaqişəsi həll olunmayıb və bu normallaşma yalnız Dağlıq Qarabağın statusu qəti müəyyənləşdikdən sonra mümkündür”.

 

Fransız diplomat Azərbaycan tərəfinin atəşə tutması nəticəsində bir erməni əsgərinin ölümü ilə əlaqədar başsağlığı verdi və atəşkəs rejiminin pozulmasını yolverilməz adlandırdı. Gördüyünüz kimi, qarşımızda klassik bir “müharibə qızışdırıcısı” - provokator var. Müsyö Lakotun əvvəlki təxribat xarakterli çıxışlarını nəzərə alaraq, bu sözü qətiyyətlə deyirəm.

 

“Ermənistan məğlubiyyətində də ləyaqətli görünür. Qalibiyyət zamanı da ləyaqətli olmalısan”, - deyə o bildirdi.

 

Üstəlik, səfir Bakıda Hərbi Qənimətlər Parkının açılması ilə əlaqədar olaraq erməni cəmiyyətinin yaşadığı duyğuları bölüşdüyünü elan etməyə cəsarət etmişdi. Başqa sözlə, Conatan Lakot dörddə bir əsrdən çox müddət ərzində beynəlxalq hüquq normalarına və BMT qətnamələrinə məhəl qoymadan qoşunlarını torpaqlarımızda saxlayan işğalçı ölkəni açıq şəkildə dəstəklədi.

 

O zaman və indi erməni işğalçılarına, xarici bir ölkədə vəfat etmiş ermənilərin ailələrinə simpatiya bəsləməyə, amma onların ölümünün əsas səbəbini açıqlamamağa üstünlük verirdi. Həm də “Ermənistanın məğlubiyyətində belə, ləyaqətli göründüyü” barədə nələrsə söyləmişdi. Yəni bu fikirlərlə o, Ermənitanın hələ də minalanmış ərazilərin xəritələrini tam olaraq verməməsi ucbatından insanların artıq azad edilmiş ərazilərdə ölmələrini dəstəkləmiş olur.

 

Diplomat meşələrin kütləvi qırılmasını, ermənilərin azad edilmiş ərazilərdən çıxmazdan əvvəl evlərin vəhşicəsinə yandırılmasını dəstəklədi. Erməni tərəfindən unitazların “kütləvi xilasetmə əməliyyatını” alqışladı və göründüyü kimi, bunu səfir “ləyaqətli” davranışının təzahürü hesab etdi.

 

İndi Lakot daha da irəli gedərək, “Qarabağ münaqişəsinin həll olunmadığını” bildirdi. Bunun özü də yalan, eyni zamanda 44 günlük müharibənin nəticələrindən, 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından və bölgədəki yeni reallıqdan ən çox narazı qalan dövlətin Fransa olduğunu eyni vaxtda sübut etməkdir.

 

Onu da qeyd edim ki, Fransanın Ermənistandakı səfirinin danışıqlar və “Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək” zərurəti barədə danışması məğlub olan rəsmi İrəvanı kimin danışdırmasını aydın şəkildə ifadə edir. Burada Azərbaycan Prezidenti İlham Əliyevdən sitat gətirmək yerinə düşər: “Dağlıq Qarabağ yoxdur, Qarabağ var. 7 iyul tarixində imzaladığım fərmana əsasən, Qarabağ iqtisadi zonası yaradıldı. Bütün Qarabağ bölgələri birləşib”.

 

Dövlət başçısı bu sözləri şəhid ailələrinə və müharibə əlillərinə mənzillər və avtomobillər təqdim etmək mərasimində səsləndirdi. Və bunlar həmişə sözlərinə hər zaman cavabdeh olan, vəd etdiyi hər şeyi yerinə yetirən bir siyasətçinin sözləridir. Deməli, Fransanın Ermənistandakı səfiri təxribat xarakterli açıqlamalar və nağılları istədiyi qədər səsləndirə bilər, lakin reallıq öz yerində qalır – “Artsax” yoxdur.

 

Başqa bir məsələ isə budur ki, müsyö Lakot bəyanatı ilə Fransanın Azərbaycandakı səfirinin, dünyanın 46 ölkəsindən olan səfirlər qrupunun tərkibində azad edilmiş Şuşaya səfərdən imtina etməsinin səbəbi sualına birmənalı cavab verdi. Səfirin imtinası bölgədə sülhün bərqərar olmasında dağıdıcı rol oynamağa davam edən rəsmi Parisin bir direktivi, mövqeyi idi. Bu mövqe yenilikdən çox uzaqdır, lakin reallıqlar indi tamamilə fərqlidir. Azərbaycan artıq Fransanın mövqeyini nəzərə də almayaraq, bütün layihələrini həyata keçirəcək regional bir hegemona çevrildi.

 

Rəsmi Parisin mövqeyi fransız şirkətlərini Qarabağın bərpası üçün qazanclı layihələrdə iştirak etmək imkanlarından məhrum etdi. Və Azərbaycan-Fransa iqtisadi əlaqələrinin gələcəyi, fransız şirkətlərinin Bakıdakı taleyi də kədərli ola bilər. Fransa uduzacaq, Ermənistan heç nə qazanmayacaq. Fransa artıq Ermənistanı dəstəkləmək üçün edilə biləcək hər şeyi etdi. Və bu, işğalçı ölkəyə heç bir şəkildə kömək etmədi. Və gələcəkdə də etməyəcək - Ermənistanı “kiçik bacısı” elan edənlər tərəfindən bu cür cəhdlərin davm edib-etməyəcəyindən asılı olmayaraq...

Müəllif: Əkbər Həsənov

Ramanada faciə

Dünən, 17:26 Hadisə