“Teleqraf” İnformasiya Agentliyi fəaliyyətə başlayıb

Xəbərlər

07.02.2025 - 13:05

Həkimlər Klinikalar SEO Xidməti

Agentlik “Gündəlik Teleqraf” qəzeti və “Teleqraf.com” saytının bazasında formalaşdırılıb

Bu gündən – 2025-ci il fevralın 7-dən etibarən Azərbaycanda yeni media quruluşu – müstəqil “Teleqraf” İnformasiya Agentliyi fəaliyyətə başlayıb.

AYNA xəbər verir ki, “Teleqraf” Media Qrupuna daxil olan agentlik “Gündəlik Teleqraf” qəzeti və “Teleqraf.com” saytının bazasında formalaşdırılıb.

““Teleqraf.com” 2012-ci ildən fəaliyyət göstərir və kifayət qədər geniş oxucu auditoriyasını əhatə edir. Bundan sonra isə oxuculara informasiya agentliyi kimi xidmət edəcək. Agentlik hazırda “az” domenini (Teleqraf.az) istifadə etsə də, “com” domeni də aktivdir və hər iki domenlə agentliyin saytına daxil olmaq mümkündür. Kollektivin hədəfi beynəlxalq standartlara uyğun format, dəqiq və qərəzsiz xəbər istehsalı ilə Azərbaycan informasiya mühitini gücləndirmək və yeniləməkdir”, - deyə Agentliyin açıqlamasında qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş