Teledərslərin başa çatacağı tarix açıqlandı

Xəbərlər

03.06.2020 - 12:36

Yay tətilində “Virtual məktəb”də də dərslər olmayacaq

 

Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı" proqramının başa çatacağı tarix açıqlanıb. AYNA "Modern.az"a istinadən bildirir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Məlumatda qeyd olunub ki, ümumtəhsil məktəbləri üçün teledərslər 12 iyun tarixində başa çatacaq.

 

Eyni zamanda qeyd edilib ki, yay tətilində “Virtual məktəb”də dərslər olmayacaq. Lakin müxtəlif öyrədici materialların portala yüklənməsi davam etdiriləcək.

 

Qeyd edək ki, yay tətilinin vaxtında dəyişiklik olunması nəzərdə tutulmur.

Müəllif: Ayna.az