Amerikalı hərbçilər isə ən kiçik yaşlı uşaqları götürürlər
Əfqanıstanda “Taliban” hərəkatının silahlılarından ailələrini və özlərini xilas etməyə, ölkədən qaçmağa çalışan əfqanlar ölkədən çıxa bilmədikdə kiçik yaşlı uşaqlarını ABŞ hərbçilərinə verirlər.
AYNA xəbər verir ki, “The Telegraph”ın səhifəsində bu barədə videogörüntülər yayımlanıb.
Videokadrlarda bir çox adamın Kabil hava limanında tikanlı məftillərin altında toplaşdıqları görünür. Əfqan qaçqınlar, “Taliban” üzvlərindən qorumaq üçün amerikalı hərbçilərə oğul və qızlarını təhvil verirlər. Hərbçilər isə ən kiçik yaşlı uşaqları götürürlər.
Hava limanından olan videoda minlərlə insanın uçuş zolağına çıxmaq üçün divarlara qalxmağa çalışdığı görünür. Əfqanların bir çoxu lazımi sənədləri hazırlayır və hasarın arxasına keçmək üçün hərbçilərin təsdiqini gözləyirlər.