Tahir Gozal “Azərbaycan Sənaye Bankı”nın rəhbəri seçilib

İqtisadiyyat

18.09.2026 - 12:31

“Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının sədri dəyişib

“Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının sədri dəyişib. AYNA.AZ APA-ya istinadən bildirir ki, Tahir Abdolbari oğlu Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib.

O, bu vəzifədə Əhməd Abdolbari oğlu Gozalı əvəz edib. Əhməd Gözəl 2022-ci ildən “Azərbaycan Sənaye Bankı”nın Müşahidə Şurasına rəhbərlik edirdi.

Müşahidə Şurasının digər üzvləri Alireza Ziyad oğlu Firouzi Heydaranlou və Şirin Hakan Alidir.

Qeyd edək ki, Tahir Gözəl 2026-cı ilin aprelində “Azersun Holding”in Müşahidə Şurasının sədri seçilib. O, həmçinin “Qarabağ” Futbol Klubunun prezidentidir.

“Azərbaycan Sənaye Bankı”nın nizamnamə kapitalı 60 milyon manatdır. Bankın əsas səhmdarı 98,43% payla “Anadolu Investment Company” MMC-dir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş