Şuşada Vaqif Poeziya Günləri başlayıb

Mədəniyyət

14.07.2022 - 11:48

Tədbir Şuşa işğaldan azad edildikdən sonra ikinci dəfədir ki, təşkil olunur

İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.

AYNA xəbər verir ki, 40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq ikinci dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtında yenidən təşkil olunur.

Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdiyi poeziya günləri iyulun 14-də “Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi ilə başlayıb.

 

Müəllif: Ayna.az