Çox sayda ölən və yaralananlar var
Suriyanın Bab və Azez şəhərlərinə terrorçular hücum edib. AYNA xarici mediaya istinadən bildirir ki, terrorçular içərisinə bomba yerləşdirilən avtomobilləri partladıb.
Terror nəticəsində 10 nəfər ölüb, 24 nəfər yaralanıb.
Başqa bir məlumata görə isə ölkənin Zerzur bölgəsində də partlayışlar olub. Ölü sayının artacağı haqqında xəbərlər var.