Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Sumqayıt şəhərində yataqxana binasında yanğın baş verib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, Sumqayıt şəhərində üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 20 m² olan mənzildə 1 ədəd kondisoner, 1 ədəd soyuducu və ev əşyaları 4 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.