Spiker Prezidenti təbrik edib

Xəbərlər

24.12.2020 - 12:03

Sahibə Qafarova: “Azərbaycanın qüdrətli dövlətə çevrilməsi Prezident İlham Əliyevin quruculuq və inkişaf strategiyası ilə bağlıdır”

 

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. Prezident İlham Əliyev yürütdüyü məqsədyönlü siyasəti ilə xalqın dərin hörmətini qazanıb. Dövlətimizin başçısı xalqımıza ləyaqətlə xidmət edir və ən yüksək nümunə göstərir. Azərbaycan məhz dövlətimizin başçısının sayəsində qüdrətli dövlətə çevrilib. Bu da təbii olaraq, Prezident İlham Əliyevin quruculuq və inkişaf strategiyası ilə bağlıdır”.

 

AYNA xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

 

S.Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yürütdüyü siyasət və nümayiş etdirdiyi əsl sərkərdəlik məharəti ilə 44 gün ərzində qazandığımız Qələbənin memarıdır.

 

“İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qarşıdakı illərdə də dinamik inkişafı davam edəcək, işğaldan azad olunmuş torpaqlaımız çiçəklənəcək. Doğum günü münasibətilə Prezidentimizi təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq”, - deyə Milli Məclisin sədri bildirib.

Müəllif: Ayna.az