“Sönməyən işıq” - “Zərifə Əliyeva oftalmologiyada bir nömrə idi” – VİDEO

Mədəniyyət

28.04.2023 - 18:50

Rusiyalı akademik Alevtina Brovkina oftalmoloq-alim, akademik Zərifə Əliyeva haqda danışıb

"Zərifə Əliyeva oftalmologiyada bir nömrə idi". AYNA xəbər verir ki, bu fikrləri Rusiya Tibb Elmləri və Rusiya Elmlər Akademiyasının akademiki Alevtina Brovkina oftalmoloq-alim, akademik Zərifə Əliyeva haqda "Sönməyən işıq" filmində söyləyib.

"O, yod sənayesinin zərərlərini öyrənirdi. O, elmdə heç kimin görmədiyi işlə məşğul oldu və həyatını buna həsr etdi. Sənaye oftalmologiyası üzrə elmi-tədqiqat laboratoriyası yaratdı. Arkadi Pavloviç Nesterov "Zərifə Əliyeva oftalmologiyada bir nömrə idi" deyirdi. Əlbəttə, o dövrdə layiqli insanlar çox idi. Sənaye oftalmologiyası, normal fizologiya problemində isə Zərifə xanım həqiqətən bir nömrə idi. Bu gün "quru gözlər"dən danışırıq. Təbii ki, o, bu işdə bir nömrə idi. Biz bunu unutmamalıyıq".

AzTV-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsinin məlumatına görə, Akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilən “Sönməyən işıq” adlı film "Kinoproqramlar və dublyaj" redaksiyası tərəfindən ərsəyə gəlib.

Akademik Alevtina Brovkinanın Zərifə Əliyeva haqda söylədiyi fikrləri izləmək üçün linkə keçid edin:

Müəllif: Ayna.az