Slovakiya Ukraynadan qaz nəqlini dayandırdığını təsdiqləyib

Dünya

01.01.2025 - 20:48

Həkimlər Klinikalar SEO Xidməti

“Eustream” qaz nəqli şirkətinin nümayəndələri Ukraynadan ölkəyə qaz nəqlinin dayandırıldığını təsdiqləyiblər

Slovakiyanın “Eustream” qaz nəqli şirkətinin nümayəndələri Ukraynadan ölkəyə qaz nəqlinin dayandırıldığını təsdiqləyiblər. AYNA xəbər verir ki, bu barədə “Dennik” nəşri yazıb.

Qeyd edək ki, “Eustream” Slovakiyanın qaz nəqli sisteminin operatorlarından biridir.

Bundan əvvəl Slovakiyanın İqtisadiyyat Nazirliyi Rusiya xammalının tranzitinin Ukrayna tərəfindən dayandırılacağı təqdirdə ölkənin qaz ehtiyatları ilə təmin olunduğunu bildirmişdi. Nazirlik qeyd edib ki, Rusiya qazının Avropaya nəqli alternativ marşrutlarla davam etdiriləcək. Eyni zamanda, mənfi nəticələr Ukraynanın özünə də təsir edəcək. Bu, ölkənin hakimiyyət orqanlarının tranzit ödənişlərindən gəlirlərini itirməsi ilə bağlıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş