Sərhədi pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıb - FOTO

Xəbərlər

06.06.2026 - 16:59

Dövlət Sərhəd Xidməti məlumat yayıb

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib.

Məlumata görə, iyun ayının 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları - 1999-cu il təvəllüdlü Amini Del Aqa və 2003-cü il təvəllüdlü Rahimi Nazirgül saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Sərhədi pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıb -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş