SEPAH Hörmüz boğazında ABŞ-a məxsus sualtı nəqliyyat vasitəsinin ələ keçirib

Dünya

27.09.2026 - 19:49

““Remus 600” sualtı nəqliyyat vasitəsi ələ keçirilib və mütəxəssislər tərəfindən məlumat çıxarmaq üçün istifadə olunur”

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında ABŞ-a məxsus “Remus 600” muxtar sualtı nəqliyyat vasitəsini ələ keçirib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə SEPAH-ın yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, bu, İran ordusu tərəfindən ələ keçirilən ikinci belə ABŞ pilotsuz təyyarəsidir.

"Elektron müharibə və kəşfiyyatla bağlı mürəkkəb əməliyyatda SEPAH Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti Hörmüz boğazında casusluq fəaliyyəti həyata keçirən qabaqcıl ABŞ hərbi pilotsuz təyyarəsini ələ keçirə bilib. “Remus 600” sualtı nəqliyyat vasitəsi ələ keçirilib və mütəxəssislər tərəfindən məlumat çıxarmaq üçün istifadə olunur".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş