Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçilib

Xəbərlər

06.02.2025 - 16:56

Həkimlər Klinikalar SEO Xidməti

Şəmşad Ağa qaçaqmalçılıqda ittiham olunur

“Meydan TV işi” üzrə saxlanılan “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçilib.

AYNA-nın "Report"a istinadən məlumatına görə, bu barədə Xətai Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, Şəmşad Ağa 2 ay 1 gün müddətə həbs edilib.

Qeyd edək ki, o, qaçaqmalçılıqda ittiham olunur.

Xatırladaq ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi tərəfindən "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıb.

Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

Daha sonra Xətai rayon Məhkəməsi tərəfindən hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş