Şəmkirdə 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
AYNA-nın “Report”a istinadən məlumatına görə, qəza Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində üç nəfər ölüb, bir neçə nəfər ağır xəsarətlər alıb.
Yaralılar xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırma aparılır.