Ekstradisiya edilən şəxslərdən 29-u İnterpolun qırmızı bülletenində olub
Türkiyə Daxili İşlər Nazirliyi səkkiz ölkədən milli və beynəlxalq axtarışa verilmiş ümumilikdə 76 şəxsin ekstradisiyasını elan edib. AYNA.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, ekstradisiya edilən şəxslərdən 29-u İnterpolun qırmızı bülletenində olub.
Gürcüstandan 61, Yunanıstan və Almaniyadan 4, Fransadan 2 və ABŞ-dən 2 nəfər Türkiyəyə təhvil verilib. Qalan şəxslər Azərbaycan, Birləşmiş Krallıq və Serbiyadan gətirilib.
Daxili İşlər Nazirliyi beynəlxalq hüquq-mühafizə orqanları ilə əməkdaşlıq da daxil olmaqla cinayətkarlığa qarşı mübarizənin davam etdiriləcəyinə əminliyini bildirib.