17 min 880 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılıb
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Göynük kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) MətbuatXxidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, ümumi çəkisi 1 500 kiloqram olan 17 880 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.