Şəhriyar mübarizəni dayandırıb

İdman

05.08.2021 - 03:56

Həkimlər Klinikalar SEO Xidməti

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir

 

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci turnirində - “Chessable Masters"də mübarizəni dayandırıb.

 

AYNA xəbər verir ki, şahmatçımız 1/4 finalda ermənistanlı Levon Aronyana məğlub olub.

 

1/4 finalın digər qarşılaşmalarında ABŞ təmsilçiləri Uesli So niderlandlı Jorden Van Forrest, Hikaru Nakamura rusiyalı Vladislav Artemiyev, Fransanı təmsil edən Alireza Firuzca Vyetnam şahmatçısı Le Quan Liyem ilə mübarizə aparırlar.

 

Xatırladaq ki, “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və bu ilin sentyabrında başa çatacaq. Seriyanın ümumi mükafat fondu isə 1 milyon 600 min ABŞ dolları təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş