Kapitan Əbülfəz Rəhmətov Lerikdə torpağa tapşırılıb
Vətən müharibəsində şəhid olan kapitan Əbülfəz Rəhmətovla doğulduğu Lerik rayonunda vida mərasimi keçirilib. AYNA-nın APA-ya istinadən xəbərinə görə, Vətən müharibəsində itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin zabiti, kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi doğulduğu Lerik rayonunun Anbu kəndinə gətirilib.
Şəhidlə vida mərasimində yaxınları, rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər iştirak ediblər. Vida mərasimindən sonra şəhidimiz torpağa tapşırılıb.
Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən itkin düşən şəhid kapitanın nəşi dünən Cəbrayıl rayonu ərazisində tapılıb. O, Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Əbülfəz Rəhmətov 1989-cu ildə anadan olub. İki övladı var.