Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib

Xəbərlər

03.11.2026 - 23:04

20-yə yaxın şəhid övladı "Dream Trampoline" əyləncə mərkəzində vaxt keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və “Azərsun Holdinq”in birgə təşkilatçılığı ilə şəhid övladları üçün əyləncəli tədbir təşkil edilib.

AYNA.AZ xəbər verir ki, Vətən müharibəsinin 6-cı ildönümü ərəfəsində təşkil edilən tədbir çərçivəsində 20-yə yaxın şəhid övladı “Dreamland Baku’’ ərazisində yerləşən "Dream Trampoline" əyləncə mərkəzində vaxt keçirib.

Onlar batutlarda tullanıb, müxtəlif oyun zonalarından yararlanıb, həmyaşıdları ilə birlikdə vaxt keçirərək xoş anlar yaşayıblar.

Tədbir şəhid övladlarının sosiallaşmasına, həmyaşıdları ilə ünsiyyət imkanlarının genişlənməsinə və asudə vaxtlarının səmərəli təşkilinə dəstək məqsədi daşıyıb.

Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş