Şəhid ailəsinə mənzil verilib

Xəbərlər

11.06.2021 - 17:58

Mənzilin sənədləri şəhidin atasına təqdim edilib

 

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Asəf Səfəralı oğlu Nəsibovun ailəsi sosial tərəfdaşın dəstəyi ilə mənzillə təmin olunub.

 

AYNA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Abşeron rayonunda yeni yaşayış binalarından alınmış ikiotaqlı mənzilin sənədləri şəhidin atası Səfəralı Nəsibova təqdim edilib.

Müəllif: Ayna.az