Sumqayıtda tikilidə yanğın söndürülüb
Sumqayıt şəhəri, Şəfəq qəsəbəsi ərazisində yerləşən tikilidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA.AZ-a verilən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsi və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.